"Gürcüstanla münasibətdə əlaqələrimizin əleyhinə olan qüvvələr var"


Digərləri 01 Fev 2019 13:07:00 210 0

"Gürcüstanla münasibətdə əlaqələrimizin əleyhinə olan qüvvələr var"

"Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasınsda Gürcüstanda Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinayətkar erməni terrorçusu Mixail Avaqyana abidə ucaldılması məsələsinə toxunarkən deyib.

Ə.Amaşov əmin olduğunu bildirib ki, bu abidənin ucaldılmasından Gürcüstan hökumətinin məlumatı olmayıb:

Azərbaycan deputatlarının gürcü həmkarlarına müraciəti: "İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində qatil Avaqyanın abidəsi götürüləcək" "Həmin qüvvələr yenə də iş başındadırlar. Hələ 2006-cı ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar. Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də hesab edirəm ki, bu hallar tezliklə aradan qaldırılmalıdır".