QaraçayÇərkəz Respublikasının rəhbəri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib FOTO


Siyasət 01 Fev 2019 12:57:00 189 0

QaraçayÇərkəz Respublikasının rəhbəri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib  FOTO

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Qaraçay-Çərkəz Respublikasının rəhbəri "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Xəbərə aid fotolar