Barcelona yeni transferini elan etdi


İdman 01 Fev 2019 12:50:00 232 0

Barcelona yeni transferini elan etdi

Atletico Mineyro-nun və Braziliyanın gənclərdən ibarət millisinin müdafiəçisi Emerson Aparesido Barcelona-ya keçib.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi 20 yaşlı müdafiəçinin transferinə 12 milyon avro xərcləyib. Emerson yeni klubuna iyul ayında qoşulacaq. Braziliyada 42 matçda forma geyinən müdafiəçi 2 qol vurub, eyni sayda qol ötürməsi verib. Həmçinin 12 sarı kart alıb.