Cibgir "zek" qadının əlindəki çantasını elə boşaltdı ki...


Digərləri 01 Fev 2019 12:24:00 233 0

Cibgir "zek" qadının əlindəki çantasını elə boşaltdı ki...

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 31-də Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini olan qadın qəsəbə ərazisindəki xətt marşrutlarının birində içərisində 222 manatı və sənədləri olan pulqabısının çantasından oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.