Milli Məclisin spikeri: Gürcüstanda Mixail Avaqyana büstün qoyulması məsələsində Azərbaycanın mövqeyi nəzərə alınmalıdır


Digərləri 01 Fev 2019 12:24:00 166 0

Milli Məclisin spikeri: Gürcüstanda Mixail Avaqyana büstün qoyulması məsələsində Azərbaycanın mövqeyi nəzərə alınmalıdır

Milli Məclisin spikeri Oqtay Əsədov Gürcüstanın ermənilər məskunlaşan ərazisində Birinci Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması məsələsinə münasibət bildirib.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin spikeri Oqtay Əsədov Gürcüstanın ermənilər məskunlaşan ərazisində Birinci Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması məsələsinə münasibət bildirib. Trend-in məlumatına görə, O.Əsədov bildirib ki, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstan səfirini nazirliyə dəvət edib və eləcə də Azərbaycanın Gürcüstandakı səfiri oranın Xarici İşlər Nazirliyində olub: "Bu məsələ ilə bağlı iş gedir. Güman edirəm ki, gürcü hökuməti bu məsələyə diqqət edəcək və Azərbaycanın mövqeyi nəzərə alınacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin