Ture klubunu dəyişdi


İdman 01 Fev 2019 11:52:00 222 0

Ture klubunu dəyişdi

Monaco-nun müdafiəçisi Almami Ture karyerasını Eintracht -da davam etdirəcək.

Goal.az xəbər verir ki, məlumat Frankfurt təmsilçisinin tvitter səhifəsində yer alıb. Tərəflər transfer barədə tam razılığa gəlib. 22 yaşlı futbolçu 4,5 illik sövdələşmə imzalayıb. Yeni komandasında 18 nömrə altında çıxış edəcək. Ture Monaco-nun yetirməsidir. 2015-də debüt edib. Ümumilikdə 50 oyunda meydana çıxıb. Cari mövsüm Fransa çempionatında keçirdiyi 4 matçın 3-də Monaco məğlub olub. Klub turnir cədvəlində 15 xalla 19-cu yerdə qərarlaşıb.