Tramp milyonlarını itirir


Dünya 01 Fev 2019 11:24:00 350 0

Tramp milyonlarını itirir

ABŞ prezidenti Donald Tramp Ağ Evdə olduğu müddətdə maddi baxımdan böyük ziyan çəkib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət başçısı "The New York Times"a verdiyi müsahibədə danışıb.

"Mən bu işi (prezident vəzifəsini - red) görməklə böyük pullar itirmişəm. Yaxşı ki, bu pullara ehtiyacım yoxdur. Ancaq həqiqətən, inanılmaz məbləğdə pullar itirmişəm", - deyə Tramp bildirib.

2018-ci ildə "Bloomberg" agentliyi Trampın varidatını hesablayaraq, onun aktivlərinin bir il ərzində 100 milyon dollar azalaraq, ümumi sərvətinin 2,8 milyarda düşdüyünü yazıb.