Səhiyyə Nazirliyi: A/H1N1 virusu aşkarlanmış 16 nəfərin hamısı sağlam vəziyyətdədir


Digərləri 01 Fev 2019 11:07:00 405 0

Səhiyyə Nazirliyi: A/H1N1 virusu aşkarlanmış 16 nəfərin hamısı sağlam vəziyyətdədir

Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, 16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də ÜST tərəfindən təsdiqlənib.