Qızın üzünü cızdığı aktyora görə çəkilişlər dayandı


Digərləri 01 Fev 2019 10:59:00 411 0

Qızın üzünü cızdığı aktyora görə çəkilişlər dayandı

Ötən həftə sevgilisi ilə dava edərkən görüntülənən aktyor Fırat Altunmeşenin  baş rolunu oynadığı "Yengeç" filminin çəkilişləri dayanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb sevgilisinin onun üzünü cızmasıdır.

Belə ki, dırnaq izlərinin sənətçinin üzündə dərin yara açmasını qrimlə belə örtə bilməyiblər. Ona görə də, filmin çəkilişləri üç gün müddətinə dayandırılıb.