“Azərsu”dan Babək prospektində avtomobilin xəndəyə düşməsi ilə bağlı MƏLUMAT


Digərləri 01 Fev 2019 10:46:00 398 0

“Azərsu”dan Babək prospektində avtomobilin xəndəyə düşməsi ilə bağlı MƏLUMAT

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.

Bakı. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb. ASC-dən Trend-ə verilən məlumatda bildirilir ki, Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb.