Yunanıstanda həftə ərzində 12 nəfər qripdən ölüb


Dünya 01 Fev 2019 08:52:00 360 0

Yunanıstanda həftə ərzində 12 nəfər qripdən ölüb

Yunanıstan qrip xəstəliyinə yoluxma və bu xəstəlikdən ölüm halları artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə xəstəliklərə nəzarət və onların profilaktikası üzrə milli mərkəzdən bildiriblər.

Bildirilir ki, 2019-cu ilin 4-cü həftəsində (21-27 yanvar) 12 nəfər qrip virusundan ölüb. Ondan öncəki həftə iki nəfərin öldüyü bildirilir. Ümumilikdə bu mövsüm təsdiqlənmiş qrip virusundan 18 nəfərin ölümü qeydə alınıb. Ölənlər 25-90 yaşlar arasında olub.