Bu gündən magistraturaya sənəd qəbulu başlayır


Digərləri 01 Fev 2019 08:40:00 413 0

Bu gündən magistraturaya sənəd qəbulu başlayır

Bu gündən 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başlayır. 

Son.az report-a istinadən bildirir ki, bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılacaq.  

İmtahanda iştirak etmək üçün bakalavr fevralın 1-dən 11-dək Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə etməlidirlər. 

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 1-i saat 10.00-dan fevralın 11-i saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurub və təsdiq etməlidirlər. 

Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi fevralın 24-də, ikinci mərhələsi isə mayın 26-da baş tutacaq. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.