Tramp: "Əfqanıstanda sülh razılaşması əldə edilərsə..."


Dünya 01 Fev 2019 08:12:00 330 0

Tramp: "Əfqanıstanda sülh razılaşması əldə edilərsə..."

Əfqanıstan hakimiyyəti "Taliban" radikal hərəkatı ilə sülh razılaşması əldə edə bilsə, ABŞ öz qoşunlarını bu ölkədən çıxarmaq niyyətindədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib.

D.Tramp deyib: "Biz demək olar ki 19 ildir Əfqanıstandayıq və bu müddət ərzində onlar [hakimiyyət və taliblər] sülh razılaşması bağlamaq haqqında danışırlar. Bu baş verdiyi halda biz öz insanlarımızı [hərbçilərimizi] geri qaytaracağıq. Görək, sonra nə olacaq. Lakin onlar ciddi danışıqlar aparırlar və ilk dəfə bunun üçün əsaslar var".