Aktrisa Şarliz Teronun ABŞ dövlət katibi rolunda ilk fotoları yayılıb


Digərləri 01 Fev 2019 07:35:00 377 0

Aktrisa Şarliz Teronun ABŞ dövlət katibi rolunda ilk fotoları yayılıb

"Entertainment Weekly" jurnalında "Riskli iş" ("Long Shot") filminin çəkilişindən ilk kadrlar dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmdə Şarliz Teron və Set Rogen iştirak edirlər. Rogenin sözlərinə görə, filmdəki sevgi hekayəsi "Bir az hamilə" filminə daha çox bənzəyir. Ekran əsərinin yaradıcıları siyasi reallıqlardan bəhs edən yaxşı kino ortaya çıxarmaq istəyirlər. Filmin qəhrəmanı Fred özünün keçmiş sevgilisi Şarlotta ilə rastlaşanda başa düşür ki, o, indi nüfuzlu qadınlardan biridir. Çünki Şarlotta dövlət katibidir və onun ABŞ-ın ilk qadın-prezidenti olmaq şansı var. Fred ilə qarşılıqlı münasibətlər onun karyerasını təhlükə altında qoyur.

Filmin bu ilin mayında ekranlara çıxarılacağı planlaşdırılır.