Dubay polisində virtual məhkəmə zalı açılıb


Digərləri 01 Fev 2019 07:21:00 396 0

Dubay polisində virtual məhkəmə zalı açılıb

Xırda maliyyə cinayətləri barəsində işlər üzrə şübhəli bilinənlər vaxta qənaət etmək üçün məhkəmədə videokonfrans formatında iştirak edə bilərlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Dubay polisinin cinayət araşdırmaları departamentinin direktoru Camal Səlim Al-Cəllaf bildirib. O deyib ki, yeni elektron sistemin mühakimə prosesinə tətbiqi məhkəmə proseslərinin gedişini sürətləndirəcək. Cəllafın sözlərinə görə, polis öz fəaliyyətində ən müasir elmi-intellektual platformalardan istifadə edir.