Yunanıstanda həftə ərzində 12 nəfər qripdən ölüb


Digərləri 01 Fev 2019 07:21:00 380 0

Yunanıstanda həftə ərzində 12 nəfər qripdən ölüb

Yunanıstan qrip xəstəliyinə yoluxma və bu xəstəlikdən ölüm halları artır

Bakı. Yunanıstan qrip xəstəliyinə yoluxma və bu xəstəlikdən ölüm halları artır. Trend-in məlumatına görə, bu barədə xəstəliklərə nəzarət və onların profilaktikası üzrə milli mərkəzdən bildiriblər. Bildirilir ki, 2019-cu ilin 4-cü həftəsində (21-27 yanvar) 12 nəfər qrip virusundan ölüb. Ondan öncəki həftə iki nəfərin öldüyü bildirilir. Ümumilikdə bu mövsüm təsdiqlənmiş qrip virusundan 18 nəfərin ölümü qeydə alınıb. Ölənlər 25-90 yaşlar arasında olub.