Bağ evlərinə qənim kəsilən şəxslər tutuldu FOTO


Kriminal 01 Fev 2019 07:14:00 324 0

Bağ evlərinə qənim kəsilən şəxslər tutuldu  FOTO

Sabunçu rayonunda 14 evdən oğurluq edən şəxslər tutulub.

Son.az ölkə.az-a istinadən bildirir ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıb. 

Əməliyyat zamanı Şamaxı rayon sakini Elgün Qəhrəmanov və Sabunçu rayon sakini Nəcəfqulu Quliyev tutulub.

Araşdırma zamanı onların Nardaran, Ləhic, Maştağa və Bilgəh bağlarında yerləşən 14 evdən əsasən kombi, televizor və digər məişət əşyaları oğurladıqları məlum olub.


Xəbərə aid fotolar