Banqkokda havanın çirklənməsi rekord səviyyəyə çatıb


Dünya 01 Fev 2019 07:07:00 421 0

Banqkokda havanın çirklənməsi rekord səviyyəyə çatıb

Yanvarın 31-də Banqkokda havanın toz hissəcikləri və dizel tüstüsü ilə çirklənməsi rekord səviyyəyə - bir kubmetrdə 100 mikroqrama çatıb. Hazırda Tailandın paytaxtı atmosferin çirklənmə səviyyəsinə görə dünyanın beşinci şəhəridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Banqkok şəhər meriyasının ətraf mühitin qorunması üzrə şöbəsi məlumat yayıb.

Dünyada atmosferin çirklənmə səviyyəsinə görə ilk yeri Nyu-Deli şəhəri tutur. Burada çirklənmə bir kubmetrdə 300 mikroqram təşkil edir. İnsan üçün təhlükəsiz hədd isə 50 mikroqrama qədərdir.