"Şəhid ailələrinə bu cür diqqət başqa heç bir ölkədə yoxdur"


Digərləri 01 Fev 2019 07:00:00 402 0

"Şəhid ailələrinə bu cür diqqət başqa heç bir ölkədə yoxdur"

Ölkə vətəndaşlarının rifahı hər zaman Azərbaycan Prezidentini düşündürür, bu istiqamətdə ölkədə sosial layihələrin həyata keçirilməsi davamlı xarakter alıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə münasibətdə isə onlara diqqət daha çoxdur. Çünki cənab Prezident şəxsən şəhid ailələri və Qarabağ əlilləri ilə görüşlər keçirir, onların problemləri, çətinlikləri ilə yaxından maraqlanır və həlli istiqamətində addımlar atır.

Son.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Azər Badamov bildirib.

Bu son deyil, struktur islahatları davam etdiriləcək Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev ötən ilin aprelində yenidən prezident seçiləndən sonra onun verdiyi ilk fərman da məhz şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı olub: "Bu, bir daha göstərir ki, şəhid ailələri, Qarabağ əlilləri dövlət başçısının, ilk növbədə, diqqət mərkəzindədir. Bu günlərdə şəhid ailələrinin yaxınları ilə görüşündə də cənab Prezident onlara olan münasibətini bir daha ortaya qoydu. Yəni şəhid ailələrinə və onların yaxınlarına 11 min manat vəsaitin verilməsi çox təqdirəlayiqdir. Şəhid ailələrinə bu cür diqqət başqa heç bir ölkədə yoxdur. Bu, yalnız ölkə başçısının iradəsi ilə Azərbaycanda həyata keçirilir.