Milli.Az 9 yaşını qeyd edir


Digərləri 01 Fev 2019 07:00:00 402 0

Milli.Az 9 yaşını qeyd edir

Bu gün Milli.Az internet portalının 9 yaşı tamam olur.

Bakı. Bu gün Milli.Az internet portalının 9 yaşı tamam olur. Trend-in məlumatına görə, bu gün portal Azərbaycanın ən çox oxunan internet resursları sırasındadır. Bu müddət ərzində Milli.Az inkişaf edərək daha funksional olub, kifayət qədər auditoriya qazanıb. Fəaliyyətə başladığı ilk gündən dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım internet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.Az portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan sonra aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.