NASA Yer kürəsinə təhlükə yaradan asteroidin fotoşəklini yayıb


Digərləri 01 Fev 2019 04:30:00 415 0

NASA Yer kürəsinə təhlükə yaradan asteroidin fotoşəklini yayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) spektral interpretasiya üzrə kosmik zondu "OSIRIS-Rex" son aylar mətbuatda qiyamətin əlaməti kimi qələmə verilən və Yer kürəsindən 110 milyon kilometr aralıda yerləşən "Bennu" asteroidinin fotoşəklini çəkib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, NASA-nın yaydığı məlumatda deyilir ki, "OSIRIS-Rex" kosmik zondu yüksək texnologiyadan istifadə edərək 500 metr eni olan bu göy cisminin fotoşəklini çəkə bilib. "Qiyamət asteroidi adlanan bu nəhəng qaya parçası Yerlə Marsın arasında yerləşir və ümumi çəkisi təxminən 87 milyon tondur. Alimlərin fikrincə, "Bennu"nun Yerə düşməsi 2700 ehtimalda bir ola bilər və bu, növbəti əsrdə baş verəcək. "Daily Star" qəzetinin yazdığına görə, ötən ilin dekabrında NASA-nın missiyası bu asteroiddə suyun əlamətlərini də aşkar edib.