Meksikada boru kəmərində partlayış: ölənlərin sayı 120yə çatdı


Dünya 31 Yan 2019 23:51:00 435 0

Meksikada boru kəmərində partlayış: ölənlərin sayı 120yə çatdı

Meksikada boru kəmərində baş verən partlayış nəticəsində həlak olanların sayı 120-yə çatıb. Daha öncə 114 nəfərin öldüyü bildirilirdi.

Son.az Trend-ə istinadən bildirir ki, 68 nəfər partlayış zamanı həlak olub, 52 nəfər isə xəstəxanalarda dünyasını dəyilşib.

Bildirilir ki, 27 nəfərin müalicəsi davam edir.