İnsanların vəzifə cəhətdən bölündükləri 4 dəstə


Digərləri 31 Yan 2019 23:55:00 368 0

İnsanların vəzifə cəhətdən bölündükləri 4 dəstə

İmam Əli (ə) "Nəhcul-bəlağə"də insanların İlahi vacibatları yerinə yetirib-yetirmədiklərinə görə onları dörd dəstəyə bölmüşdür. Son.az deyerler.org-a istinadən bildirir ki, bu insanlar ibarətdir:

1. O kəslər ki, Allahın qoyduğu bütün qanun və qaydaları sorğu-sualsız yerinə yetirərlər və günaha düçar olmazlar. Qurani-Kərim bu insanları behişt əhli adlandırmışdır. "Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!". ("Tövbə" 72).

2. O kəslər ki, kəbirə günah etməyiblər. Ancaq bəzən səğirə günaha düçar olublar. Allah bu insanları da dindarlıqlarına görə bağışlayıb, behişt əhli etmişdir. "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)". ("Nisa" 31).

3. O kəslər ki, kəbirə günah ediblər, ancaq sonra tövbə ediblər. Allah da onların tövbəsini qəbul etmişdir. Onların da sonu behişt olar. İmam Rza (ə) bu haqda buyurur: "Allah heç bir mömini cəhənnəmə daxil etməz, o halda ki, ona behişt vədəsi vermişdir. Heç bir kafiri cəhənnəmdən xilas etməz, o halda ki, ona cəhənnəm atəşini vəd etmişdir. Dindar günahkarlar cəhənnəmə daxil olar və ondan xaric olarlar. Onların barəsində şəfaət rəvadır".