Paşinyan Azərbaycan Prezidentinin siyasəti qarşısında acizdir


Dünya 31 Yan 2019 23:57:00 323 0

Paşinyan Azərbaycan Prezidentinin siyasəti qarşısında acizdir

Ermənistan öz ərazisindən tranzit kəmərlərin keçməsində maraqlıdır. Bu barədə Nikol Paşinyan Rusiyanın RBK telekanalına müsahibəsində deyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siyasi ekspertlər bunu Ermənistanın məruz qaldığı təcrid siyasətinin yaratdığı çıxılmaz vəziyyətin etirafı adlandırırlar. Paşinyan Ermənistanın "Şimal axını-2" layihəsindən kənarda qaldığını təəssüf hissi ilə bildirib. O deyib: "Biz maraqlıyıq ki, ölkəmizdə də hansısa tranzit boru kəməri tikilsin ki, bunun vasitəsilə, misal üçün, A məntəqəsindən B məntəqəsinə qaz və ya neft ötürülsün".

Ermənistanın baş naziri ölkəsinin beynəlxalq layihələrdə iştirak etməsini istəyirsə bunun çıxış yolu sadədir. Regionda həyata keçirilən beynəlxalq layihələrin əsas təşəbbüskarı və icraçısı Azərbaycan olduğundan Paşinyan hökumətinin qarşısında iki yol var. İşğala son qoyub təcriddən qurtularaq iqtisadi inkişaf yolunu açmalıdır, ya da sələflərinin səhvini təkrarlayaraq ölkəsinin iflasını seyr etməlidir.