VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb


Digərləri 31 Yan 2019 23:43:00 405 0

VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir təşkil olunan VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müsabiqənin ilk dinləmələrinə Bərdədən başlanılıb. Altı rayon üzrə 63 yeniyetmə və gənc öz istedadını nümayiş etdirib. Onlardan 12 nəfəri seçim turuna vəsiqə qazanıb.

Bölgələr üzrə növbəti seçim turu Gəncə şəhərində olub. Dinləmələr zamanı Samux, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər və Xocalıdan olan 30-a yaxın ifaçı iştirak edib. Onlar xalqımıza xas olan muğamı özlərinə məxsus şəkildə təqdim ediblər.