Türkiyədə ağır yol qəzası: ölən və yaralananlar var


Dünya 31 Yan 2019 23:46:00 351 0

Türkiyədə ağır yol qəzası: ölən və yaralananlar var

Türkiyənin Adana şəhərinin mərkəzində yerləşən Yüreğir rayonunda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Solaklı məhəlləsində hərəkət edən mikroavtobusla ağır texnika toqquşub.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.