Quranın and içdiyi "ata və oğul" kimdir?


Digərləri 31 Yan 2019 23:20:00 471 0

Quranın and içdiyi "ata və oğul" kimdir?

Quranın izaha ehtiyacı olan mövzularından biri də and mövzusudur. Bu barədə təfsir alimlərinin müxtəlif baxışları vardır. Lakin ümui baxış budur ki, Quran and içərək, and içdiyi şeyin əhəmiyyətini önə çəkərir. Bununla həmin məsələyə xüsusi diqqət ayırır.

Quranın and mövzusundan biri də ata və oğuldur!

Ata və oğul münasibəti həm dinimizin bizə öyrətdiyi dəyər, həm də bəşər övladının yaradılışdan bəri daim diqqətdə saxlayaıb, önəm verdiyi məsələdir. Qurani Kərim "Bələd" surəsinin 3-cü ayəsində buyurur: "And olsun ataya və dünyaya gətirdiyi oğula."

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, ayənin izahı barədə "Hawzahnews.com" agentliyi bu barədə Seyyid Ayətullah Sistaninin dəftərxanasına sual ünvanlayıb:

Quranda "And olsun ataya və dünyaya gətirdiyi oğula" ayəsindən məqsəd nədir?