Şəhid vərəsələrinin verilməsi prosesi davam edir


Digərləri 31 Yan 2019 23:21:00 374 0

Şəhid vərəsələrinin verilməsi prosesi davam edir

Bəzi şəhid ailələləri birdəfəlik ödəmə kartlarını evdə əldə etdilər. Belə ki, yaşı 80-i keçmiş və banka gələ bilməyən şəhid vərəsələrinə birdəfəlik ödəmə kartı yaşadıqları ünvanda təqdim edilib.

Şəhid anası Məryəm Hüseynova kart almaq üçün heç yerə getmədi, əksinə kart onun evinə gətirldi. Bu maraqlı addımı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşları həyata keçirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Zəngilan rayon sakini 84 yaşlı Məryəm Hüseynova xəstə oduğu üçün nazirlik və müvəkkil bank əməkdaşaları 11 min manatlıq birdəfəlik ödəmə kartını onun ünavnında təqdim etdilər.

Birdəfəlik ödəməni almaq üçün plastik kartın yaşadığı ünvanda təqdim edildiyi vərəsələrdən biri də Şamaxı rayon sakini, şəhid atası 83 yaşlı Cüməli Nuhovdur.