Həqiqətən, Həzrət Musa Peyğəmbərin dilində qüsur olubmu?


Digərləri 31 Yan 2019 23:15:00 447 0

Həqiqətən, Həzrət Musa Peyğəmbərin dilində qüsur olubmu?

Bu barədə fikirlər müxtəlifdir. Bir tərəfdən, peyğəmbərlər nöqsansız olmalı və insanlarda məsxərə yaradan nöqsanlara sahib olmamalıdırlar.  Digər tərəfdən, Həzrət Musanın (ə) dilində qüsur olması barədə bəzi rəvayətlər mövcuddur. Belə ki, bəzi dini mənbələrdə yazıldığına görə, fironun həyat yoldaşı körpə Musanı (ə) çaydan tapdıqdan sonra saraya gətirib öz oğlu kimi saxlamağa başladı. Bir dəfə körpə Musa fironun qucağında ikən onun üzünə sillə vurdu. Firon qəzəblənib uşağı öldürməyi əmr etdi. Fironun xanımı yalvarıb dedi ki, körpə nə etdiyini anlamır.

Son.az islam.az-a istinadən bildirir ki, bu zaman Allahın əmri ilə körpə əl atıb ocaqdan köz parçası götürdü və ağzına apardı, köz onun dilini yandırdı. Fironun xanımı dedi ki, gördünüzmü, bu uşaq közün rənginini qırmızı olmasına aldanıb onu dadlı bir yemək bildi və ağzına apardı. O, öz hərəkərlərinin səbəbini anlamır, onu cəzalandırmaq düzgün deyil. Deyirlər ki, o zamandan Musanın (ə) dilində nöqsan yarandı. Qardaşı Harun (ə) çox bəlağətli olduğu üçün Allah-Taala onu Musaya (ə) köməkçi təyin etmişdi. Həzrət Musa (ə) sözlərini ona yavaşca deyir, Harun (ə) isə ucadan elan edirdi. Bu məlumatın həqiqətə nə qədər uyğun olduğunu söyləmək çətindir.