Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb


Digərləri 31 Yan 2019 23:08:00 395 0

Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

Sumqayıt şəhərinin girəcəyində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində qəza baş verib.

Son.az "Report"a istinadən bildirir ki, yol ilə hərəkətdə olan "50-DC-079" dövlət qeydiyyat nişanlı "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq YDM-in ətrafındakı daş maneəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daha əvvəl Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.