Xoşbəxt ailəyə malik olmaq üçün İslam dininin tövsiyələri


Digərləri 31 Yan 2019 22:50:00 419 0

Xoşbəxt ailəyə malik olmaq üçün İslam dininin tövsiyələri

İslam dini həm kişi və həm də qadın üçün vacib və müstəhəb əməllər təyin etmişdir ki, onlara əməl edərək, xoşbəxt bir ailənin təməlini qura bilərlər. Bu vəzifələr ilə tanış olaq:

- Bir-birinin hörmətini saxlamaq.

- Bir-birinin ruhi və cismi ehtiyaclarını təmin etmək.

- Yersiz sui-zəndən çəkinmək.

- Bir-birinin eybini heç kəsə deməmək.

- Bir-biri üçün Allaha dua etmək.

- Kobudluqdan, acı sözlərdən, üzü turşutmaqdan və bir-birinə əziyyət verəcək əməllərdən çəkinmək.

- Başqalarını, həyat yoldaşının yanında tərifləməkdən çəkinmək. Son.az deyerler.org-a istinadən bildirir ki, belə ki, xanım başqa naməhrəmi əri yanında tərifləməməlidir, həmçinin əksi də.

- Bir-birini, qohum və əzizlərini təhqir etməkdən çəkinmək.

- Bir-birinin kobud əxlaqına səbir etmək.