Yemək yeyərkən televizora baxmaq insanı kökəldir


Digərləri 31 Yan 2019 22:45:00 409 0

Yemək yeyərkən televizora baxmaq insanı kökəldir

Şəkərli və yağlı qidaların istehlak edilməsi, yemək yeyərkən televiziyaya baxılması kimi davranışlar "yemək yaddaşını" zəiflətdiyi və növbəti yeməkdə daha çox yemək qəbuluna yol açır.

Son.az deyerler.org-a istinadən bildirir ki, aparılan son araşdırmaya görə, bir çox insan hansı miqdarda, hansı vaxtda və nə yeyəcəyinə dair qərarları, yaxın müddətdə istehlak etdiyi yeməyə dair yaddaşının təsiri altında qalır.

Alimlər yemək yeyərkən kompyuter oyunu oynayan və yaxud televizora baxan insanların növbəti vaxt yeməklərində daha çox yediklərini aşkar ediblər. Yedikləri paya daha çox diqqət edən və bu yolla daha güclü bir yemək yaddaşı olanlar isə, növbəti dəfələrdə daha az istehlak ediblər.

Yaddaş problemlərinin də nisbətən sağlam insanlarda acgözlük və çəki artımı ilə müşayiət olunduğu bildirilir.

Yemək yaddaşını təhqiq edən alimlər, bu yeni araşdırmada beynin hipokampus bölgəsinə istiqamətləniblər. Hipokampus bir insanda nəyi, harada və nə vaxt olduğuna dair şəxsi xatirələr üçün həddən artıq mühüm hissədir. Hipokampal hüceyrələr aclıq vəziyyəti haqqında siqnallar alırlar və beynin yemək yeməyə başlaması və dayanması proseslərində mühüm rol oynayan hipotalamus kimi, digər bölgələrilə əlaqə vəziyyətindədir.

Alimlər hipokampal-asılı yaddaşın yaxın gələcəkdəki yeməyi məhdudlaşdırması fikri ilə yola çıxaraq, hipokampal funksiyanın pozulmasının, bu hüceyrələrin yenidən normal olaraq işləməyə başlaması prosesində yemək yeməyi təşviq edəcəyini düşünüblər. Bu proqnoz, işığı istifadə edərək hüceyrələri nəzarəti altına alan optogenetik üsuldan istifadə olunan laboratoriya şəraitində sınaqdan keçirilib.