“Bir dəfə Zöhrabı çağırdım yanıma, dedim ki...”


Dünya 31 Yan 2019 22:27:00 423 0

“Bir dəfə Zöhrabı çağırdım yanıma, dedim ki...”

Ermənistanın baş naziri Nikl Paşinyan Almaniyaya səfəri zamanı Kölndə erməni icmasının nümayəndələri qarşısında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində erməni tərəfinin hansı mümkün kompromislərə gedə biləcəyinə toxunub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Paşinyan bu suala dəfələrlə parlamentin tribunasından cavab verdiyini deyib.

"Mən bir neçə dəfə çıxış etmişəm və demişəm ki, nəyə görə biz erməni tərəfinin kompromislərə hazır olub-olmadığı haqda soruşuruq? Nəyə görə heç kim Azərbaycandan soruşmur ki, onlar kompromislərə hazırdırmı? Ona görə də mən dəfələrlə demişəm ki, Azərbaycan tərəfi bu suala cavab verməyənə qədər biz də cavab verməyəcəyik"-Paşinyan deyib.