Qəlb nədir? QuraniKərimin nəzəri


Digərləri 31 Yan 2019 21:55:00 347 0

Qəlb nədir? QuraniKərimin nəzəri

Qəlb barəsində gələn Quran ayələrindən aşağıdakı nəticələri çıxartmışıq:

1. Son.az deyerler.org-a istinadən bildirir ki, qəlbin daşlaşması və qəsavət bağlaması, daşın möhkəmliyindən də sərt olar. Daş - dağılmaq qabiliyyətinə malikdir. Ancaq o zaman ki, qəlb daşlaşar, heç kəsin bunu dağıtmağa gücü çatmaz. "Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır). Allah sizin etdiklərinizdən xəbərsiz deyildir". ("Bəqərə" 74).

2. İlham, vəhy - qəlbə aid olan mövzulardır. "("Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik" - deyən yəhudilərin cavabında) de: "Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur'anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiqedicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib"". ("Bəqərə" 97).

3. İnsanlar qəlb vasitəsilə vahid olurlar. "O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi". ("Ənfal" 11).

4. Hüzur və rahatlıq hissi - qəlbə aiddir. Bu hüzur haqla başlayıb, haqla da sona çatar. "Dedilər: "İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq"". ("Maidə" 113).

5. İnsan bu dünyada ancaq qəlbinin səlim olması üçün səy göstərməlidir. Ancaq səlim qəlb, iki dünya səadətini ona verə bilər.

"O gün ki, malın və oğulların bir faydası olmayacaq".