Həzrət RəsuliƏkrəmə əta edilən ən böyük möcüzə


Digərləri 31 Yan 2019 21:50:00 410 0

Həzrət RəsuliƏkrəmə əta edilən ən böyük möcüzə

İmam Sadiq (ə), Abdullah İbni Əbi Yəfura buyurur: "Həzrət Əlinin (ə) Peyğəmbər (s) yanında malik olduğu əzəmətli məqamının cəhətinə nəzər sal və o cəhətə sadiq ol!

Həzrət Əli (ə) doğru danışdığı və əmanətdar olduğu üçün Peyğəmbər (s) yanında o ali məqamı əldə etmişdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah möcüzə olaraq Musaya (ə) - əsa, İbrahimə (ə) - atəşin soyumasını, İsaya (ə) - ölüləri dirildən sözlər əta buyurmuşdur. Mənə isə Əlini (ə) əta etmişdir. Hər bir peyğəmbərin nişanəsi vardır. Bu Əlinin (ə) şəxsidir ki, Allahımın nişanə və möcüzəsidir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) bu nurani kəlamı ilə İmam Əlinin (ə) onun yanında olan uca məqamından xəbər vermişdir. İmam Əlini (ə) bu məqama çatdıran sifətlərdən biri - onun sədaqət və doğruçuluğu olmuşdur.

Doğruluq yolunu getmək üçün, onu tanımaq mühümdür. Əxlaq kitabları bizə onun mərhələlərini tanıdırlar.

Sədaqətin mərhələləri ilə tanış olaq:

1. Danışıqda doğruluq. Doğru danışmaq və dilə yalan söz gətirməmək - sədaqətin ən tanınmış mərhələsidir. Əgər insan dilinə gətirdiyi sözə diqqət edər və onu yalandan qoruyarsa, bu mərhələni əldə etmiş olar.

Bir nəfər İslam Peyğəmbərinə (s) deyir: "Ey Allahın Rəsulu! Dünya və axirət xeyirini təmin edən sifəti mənə təlim ver!". Həzrət (s) buyurur: "Yalan danışma!".

İmam Əli (ə) buyurur: "Dorğuluğun sonu - nicat və salamatlıqdır".