ABŞda kəskin şaxtalar: Göl buz bağlayıb, uçuşlar təxirə salınır FOTO


Dünya 31 Yan 2019 21:34:00 408 0

ABŞda kəskin şaxtalar: Göl buz bağlayıb, uçuşlar təxirə salınır  FOTO

ABŞ-ın orta Qərbində kəskin soyuqlar davam edir.

Ekstremal hava şəraiti 250 milyon amerikalının yaşadığı bölgələrdə hökm sürür.

Mənfi 17 və daha kəskin şaxtalı havanın təsirini hiss edənlərin sayı isə 90 milyon ətrafındadır.

Bir çox bölgələrdə məktəb, dövlət idarələri, müəssisə və muzeylər bağlı qalır.

İctimai nəqliyyatın aramsız işi pozulub.

Son məlumatlara görə şaxtalar nəticəsində ən azı 8 nəfər həlak olub.

Chicago şəhərinin meri Rahm Emmanuel zərurət yaranmasa bayıra çıxmamağa çağırıb.

Bir çox yerlərdə bayıra çıxan sakinlərə soyuq havada dərindən nəfəs almamaq barədə rəsmi tövsiyələr verilir.

Orta Qərbdə kəskin soyuqlara görə ən iri aviaşirkətlər tərəfindən 1,8 min uçuş ləğv edilib.

Çərşənbə axşamı günü United Continental şirkəti Chicago aeroportundan reyslərin təqribən 80 faizini təxirə salıb.


Xəbərə aid fotolar