Öskürək və göy öskürək əleyhinə çarə


Digərləri 31 Yan 2019 21:05:00 625 0

Öskürək və göy öskürək əleyhinə çarə

Öskürək və bronxitin müalicəsində xalq təbabəti vasitələri çox yaxşı kömək edir.

Sizə tanınmış fitoterapevt Fizuli Hüseynovun reseptini təqdim edirik.

Öskürək əleyhinə bir neçə yazılarım olsada bu üsul da həm faydalı, həm də asan başa gələn bir reseptdir.

6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır, ilıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan süd götürülür 1 çay qaşığı bal və 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır, yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.