Ailə qurmağın səbəbi, məqsədi, faydası və vaxtı


Digərləri 31 Yan 2019 21:10:00 403 0

Ailə qurmağın səbəbi, məqsədi, faydası və vaxtı

Səbəbi

Hər kəs icdivaca girmək (ailə qurmaq) istəyirsə, gərək Allah-Təalanın buyruğunu yerinə yetirmək niyyəti ilə bunu həyata keçirsin. Necə ki, İmam Səccad (ə) buyurub: "Hər kəs Allah xatirinə və qohumluq əlaqələrini möhkəmləndirmək, inkişaf etdirmək məqsədi ilə izdivaca girərsə, Allah-təala onun başına padşahlıq tacı qoyar".

Son.az faktxeber.com-a istinadən bildirir ki, bir şəxsin izdivacı halal yol və halal mal ilə baş tutsa belə, ilahi məqsəd daşımasa, bu cür ailə qurluşu səmərəsiz olar. Necə ki, Peyğəmbər-Əkrəm (s) buyurur: "Hər kəs halal yol və halal mal ilə bir qadınla evlənsə və məqsədi özünü başqasına göstərmək, nümayiş etdirmək olsa, Allah-Təalanın nəzərində bu izdivac əhəmiyyətsiz və mənasız sayılar. Həmcinin, əgər izdivac gələcək həyat yoldaşının malına və gözəlliyinə görə olsa, bu nigah da təqdirəlayiq deyil. Hər kim qadınla mal-dövlətinə görə evlənmiş olsa, Allah-Təala onu həmin mal-dövlətə həsrət qoyar. Hər kim bir qadınla gözəlliyinə görə evlənmiş olsa, xoşu gəlmədiyi xasiyyətiləri onda görər və əgər bir qadınla dininə görə evlənmiş olsa, Allah bütün bu nemətləri onlar üçün yetirər".

Məqsədi

Evlənməyin, ailə qurmağın  müxtəlif məqsədləri var. O cümlədən:

1. Nəsil artırmaq:

Quranın "Nəhl" sürəsi 72-ci ayəsində Allah-Təala buyurur: "Allah sizin icərinizdən özünüzə zövcələr (taylar) qərar verib. Bu zövcələrdən sizin üçün övlad və nəvə-nəticə vücuda gətirib. Pak nemətlərdən sizin üçün ruzi yetirib."

Peyğəmbər-Əkrəm (s) buyurur: "Evlənin, ta ki, nəslinizi artırasınız. Qiyamət günü çoxluğunuz üçün sizinlə fəxr edəcəyəm. Hətta ölü dünyaya gələn uşaqlarla ki, onlar behiştin qapısında dayanıb deyəcəklər: bizdən əvvəl ata-anamız gərək behiştə daxil olsunlar".

2. Ruhi aramlıq:

Mübarək "Rum" surəsinin 21-ci ayəsndə buyurulur: "Sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, onlarla rahatlıq tapasınız."

3. Cinsi tələbatın təminatçısı.

Rəsuli-Xuda buyurub: "Əgər bakirə qızlar qadınların hiss etdiyini dərk edirlərsə, onlar üçün ən yaxşı çarə ərə getməkdir, əks təqdirdə bəşəriyyət fəsaddan əmin-amanlıqda olmaz. Onlar yetişmiş meyvə kimidirlər, dərilməsə, gün onu xarab edər, ya da düşüb məhv olar".

Həzrət Əli (ə) buyurub: "O zaman ki, zövcənizlə əlaqədə oldunuz onları tələsdirməyin, çünki onların öz tələbatıları var".