Xərçəngə yoluxan Tahirə danışdı: "Cavablar ağır çıxdı"


Şou-biznes 31 Yan 2019 19:33:23 403 0

Xərçəngə yoluxan Tahirə danışdı: "Cavablar ağır çıxdı"

Xərçəngdən əziyyət çəkən Tahirə Məmmədqızının bədənindəki şişdən biopsi götürülüb, həmin şişin bədxassəli olduğu məlum olub.

Son.az xəbərinə görə, bu haqda big.az-a jurnalist özü məlumat verib:

"Cavablar ağır çıxdı. Bu gün bir neçə dəfə müayinədən keçdim. İki analizim qalıb. Çanaq MRT-si olmalıdır, bir də başqa onkoloji test olunmalıdır. Gələn həftə əməliyyat olacağam".