“Kəpəz Kuboku 2019” adlı regional incəsənət müsabiqəsi keçirildi


Digərləri 31 Yan 2019 18:55:00 395 0

“Kəpəz Kuboku 2019” adlı regional incəsənət müsabiqəsi keçirildi

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Fikrət Əmirov Adına Gəncə Dövlət Filarmoniyasında "Kəpəz Kuboku 2019" adlı regional incəsənət müsabiqəsi keçirildi.

Son.az xəbər verir ki, müsabiqənin keçirilməsində təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəqs Assosiasiyası və Jam Group-dur.

ARA-nın prezidenti və AGİ-nin idarə heyətinin üzvü Əziz Əzizov bildirib ki: "Gənclərə dəstək məqsədilə keçirtdiyimiz bu müsabiqədə əsas məqsəd gənclərimiz öz istedadlarından istifadə edə bilsinlər. Bu gün gənc istedadlı kadrlar hazırlamaq, onları yetişdirmək, öz istedad və bacarıqlarından istifadə edə bilməklərinə səbəb olmaq, hər bir gəncin həyatda yaxşı yer tutmasına gətirib çıxara bilər. Bizə bu işdə dəstək olan təşkilatçılara, bacarıqlı gənclər yetişdirən bədii rəhbərlərə və ədalətli seçimlər edən münsiflər heyətinə sonsuz təşəkkürümü bildirirəm".

Yarışmada Gəncə, Şəki, Göygöl, Tovuz, Bakı, Ağcabədi,, Mingəçevir, Bərdə rayonlarından olan musiqi məktəblərinin rəqs kollektivləri və 700-dən çox iştirakçılar iştirak etmişlər.