Mahir Mədətov: "İli belə yekunlaşdırmaq xoş oldu"


İdman 31 Yan 2019 18:28:00 487 0

Mahir Mədətov: "İli belə yekunlaşdırmaq xoş oldu"

Qarabağ-ın hücumçusu Mahir Mədətov Topaz Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

Goal.az-ın keçirdiyi sorğuda ayın futbolçusu seçilən Mahir təəssüratlarını bölüşüb:

"İli belə yekunlaşdırmaq xoş oldu. Bütün oyunlarda özünü yaxşı tərəfdən göstərib ayın oyunçusu seçilmək yaxşı olar. Çalışmalıyıq ki, buna komanda şəklində nail olaq".

Mədətov Neftçi ilə keçirəcəkləri oyun barədə də nikbin danışıb: "Bizi Neftçi ilə maraqlı qarşılaşma gözləyir. Hər 2 komanda oyuna ciddi hazırlaşır. Fasilədən sonra çempionata qələbə ilə başlamaq əlavə üstünlük olacaq. Ümid edirik ki, sevinən tərəf biz olarıq.