Alışanova suiqəsddə təqsirləndirilənə güzəşt edildi


Digərləri 31 Yan 2019 18:14:04 379 0

Alışanova suiqəsddə təqsirləndirilənə güzəşt edildi

AzTV-nin sabiq sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücaət Əkbərovun cəzası azaldılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun hökmdən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovun icraatında olan prosesdə baxılıb.

Qərara əsasən, Ş. Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib.