Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib


Digərləri 31 Yan 2019 17:52:00 382 0

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib.

Son.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu vəzifəyə Sumqayıt Şəhər 25 nömrəli məktəbin direktoru olmuş Arzu Əlizadə təyin edilib.

Şöbənin bundan əvvəlki müdiri Nizami Namazov isə ötən ilin aprelində vəzifəsindən azad edilmişdi. Ötən müddət ərzində bu vəzifəyə təyinat olmamışdı.