Sahibkarlar üçün onlayn təlim təşkil edilib (FOTO)


Digərləri 31 Yan 2019 17:56:00 414 0

Sahibkarlar üçün onlayn təlim təşkil edilib (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, onlayn təlimə Bakıda və paytaxt qəsəbələrində, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 800-dən çox mikro, kiçik və orta sahibkar qoşulub. Təlim zamanı sahibkarlar Vergi Məcəlləsində mikro, kiçik və orta sahibkarlıqla bağlı son dəyişikliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. Onlayn təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Mərkəzinin imkanlarından istifadə edilib. Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları ekspert qismində onlayn təlimə cəlb olunub.