Tramp kəşfiyyatla münasibətləri pozub


Dünya 31 Yan 2019 17:43:00 440 0

Tramp kəşfiyyatla münasibətləri pozub

Prezident Donald Tramp ABŞ kəşfiyyatı nümayəndələrinin İran, Şimali Koreya və İŞİD-dən gələn təhlükə haqqındakı bəyanatlarını tənqid edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

"İranın təhlükəsi haqqında söhbət düşdükdə kəşfiyyatın əməkdaşları sadəlövh olurlar. Onlar səhvdirlər!", - deyən Tramp xatırladıb ki, o dövlət başçısı olduqda Tehran bütün Yaxın Şərqə və digər regionlara problemlər yaradırdı.

"İranla nüvə razılaşması pozulduqdan sonra onlar özlərini başqa cür aparır", - D.Tramp əlavə edib.

ABŞ prezidenti bəyan edib ki, iranlılar raket sınaqları keçirməyə davam edirlər və iqtisadiyyatın zəifləməsi onları dayandıracaq yeganə vasitədir.

"Bəlkə, kəşfiyyat əməkdaşları məktəbə qayıtmalıdırlar?", - ABŞ lideri öz "Twitter" hesabında yazıb.