Sumqayıtda "reket"lik edən dəstəyə hökm oxundu


Digərləri 31 Yan 2019 17:14:28 347 0

Sumqayıtda "reket"lik edən dəstəyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəlüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlü - Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlü - Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay azadlıqdan məhrum ediliblər.