Zaqatalada psixotrop dərman satan qadın saxlanıldı


Digərləri 31 Yan 2019 16:40:00 256 0

Zaqatalada psixotrop dərman satan qadın saxlanıldı

DİN Mətbuat Xidmətindən Son.az verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.  

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik "Diazepam" dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb. 

Araşdırma aparılır.

Pünhan Mirzə Son.az