Futzalda yenilik tətbiq olunur


İdman 31 Yan 2019 16:32:00 342 0

Futzalda yenilik tətbiq olunur

Goal.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, fevralın 1-dən etibarən Birinci və İkinci liqaların oyunlarına da üçüncü hakim təyinatı olacaq.

Futzal üzrə Azərbaycan çempionatında yenilik tətbiq olunacaq.

Bu yeniliklə bağlı qərarı AFFA-nın Hakimlər Komitəsi qəbul edib. Belə ki, indiyə qədər ancaq Yüksək Liqanın və Azərbaycan kubokunun oyunlarına üçüncü hakim təyinatı edilirdi. Birinci və İkinci liqanın oyunlarına isə iki hakim təyinat alırdı.