Tbilisidə faciə:


Dünya 31 Yan 2019 16:27:00 393 0

Tbilisidə faciə:

Gürcüstan paytaxtı Tbilisinin Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb.

Onlar bir otaqda yaşayırmışlar. Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalırmışlar və tikintidə çalışırmışlar.

Mənzildə su qızdırıcısının kustar üsulla quraşdırıldığı müəyyən olunub.

Tbilisidə mənzildə qaz sızması nəticəsində ölən şəxslərin qohum olduqları müəyyən olunub.