Azərbaycan və Almaniya ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırıb


Digərləri 31 Yan 2019 16:13:00 382 0

Azərbaycan və Almaniya ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırıb

2018-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 61 faiz artıb

Bakı. Sara İsrafilbəyova - 2018-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 61 faiz artıb. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun səkkizinci iclası zamanı deyib. O qeyd edib ki, ötən il Almaniyanın Cənubi Qafqazda tərəfdaşları arasında Azərbaycanın payı 70 faiz təşkil edib.